Bank Of Baku

Qazaxıstan paytaxtında İqtisadi Forum keçiriləcək

Qazaxıstan paytaxtında İqtisadi Forum keçiriləcək
# 19 mart 2012 13:53 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. Mayın 22-24-də Qazaxıstanda V Astana İqtisadi Forumu keçiriləcək.

APA-Economics”in forumun rəsmi saytına (www.aef.kz) istinadən xəbərinə görə, tədbir qlobal transformasiya şəraitində dünya iqtisadiyyatının çağırışlarına və inkişaf perspektivlərinə həsr olunacaq.

Forumun eksklüziv tədbirlərindən biri “Liderlərin dialoqu: yeni maliyyə-iqtisadi siyasəti” olacaq. Qlobal inkişaf mövzusunda keçiriləcək interaktiv debatlarda iqtisadiyyat, biznes, siyasət və KİV sahələrindən tanınmış xadimlər iştirak edəcək.

Digər mühüm tədbirlər MDB ölkələrinin maliyyə nazirləri Şurasının iclası, eləcə də “Beynəlxalq maliyyə arxitekturasının mövcudluq böhranı” konfransı olacaq. Konfransda regional böhranlarla mübarizə, eləcə də maliyyə-iqtisadi sabitliyin yeni mexanizmlərinin işlənməsi məsələləri müzakirə olunacaq.

Bütövlükdə forumun proqramına müxtəlif formatlı 35 tədbir keçiriləcək ki, burada da 80 ölkədən 5000 nümayəndə iştirak edəcək.

Forum çərçivəsində keçiriləcək açıq diskussiyalarda Qazaxıstan, Rusiya, Ekvador prezidentləri, Qətər və Bəhreynin baş nazirləri, 6 keçmiş dövlət başçısı, 6 sabiq baş nazir, 25 indiki və keçmiş nazir, 40 transmilli korporasiya və biznes rəhbəri, 12 Nobel mükafatı laureatı və çağdaş dövrün böyük fikir adamları iştirak edəcək.

Forumun əsas yekunu ənənəyə uyğun olaraq dünya iqtisadiyyatının sağlamlaşdırılması və inkişafı üzrə G-20 ölkələrinə tövsiyə məktubu olacaq. Məktub G-8 və G-20-nin təşkilat komitələrinə, Beynəlxalq Valyuta Fonduna, BMT-yə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına göndəriləcək.

Azərbaycan nümayəndələrinin də iştirak edəcəyi forum Alimlərin Avrasiya İqtisadi Klubunun və Qazaxıstan hökumətinin dəstəyi ilə baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR