Bank Of Baku

Azərbaycanda xidmətlər indeksi artıb

Azərbaycanda xidmətlər indeksi artıb
# 19 mart 2012 14:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər indeksi 2012-ci ilin fevral ayı üzrə 77,9% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici yanvar ayı ilə müqayisədə 5,3 faiz bəndi çoxdur.

Xidmətlər indeksi hesabat ayı ərzində pullu xidmətlərin həcminin əvvəlki ayın eyni göstəricisinə bölünməsi ilə hesablanır. Göründüyü kimi, indeks artsa da, hələ də 100%-dən aşağı səviyyədədir. İndeksin 100%-dən aşağı olması isə hesabat ayı ərzində əhaliyə göstərilən xidmətlərin həcminin əvvəlki aya nisbətən azalmasından xəbər verir.

Belə ki, yanvar ayında əhaliyə 478,3 mln. manat həcmində pullu xidmətlər göstərilibsə, fevralda bu həcm 372,8 mln. manata enib. Müqayisə üçün bildirək ki, dekabr ayında bu göstərici 658,6 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR