Bank Of Baku

Azərbaycanda pul kütləsi azalıb

Azərbaycanda pul kütləsi azalıb
# 19 mart 2012 14:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2012-ci il fevralın 1-nə 13 474,6 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 367,3 mln. manat və ya 33,3% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, yanvar ayında isə bu pul aqreqatı 428,6 mln. manat və ya 3,1% azalıb.

Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

Pul kütləsinin M2 aqreqatı (manat pul kütləsi) yanvarda 446,6 mln. manat və ya 4,1% azalaraq 10 550,6 mln. manata çatıb:

(mln. AZN)

 

01.02.2011

01.01.2012

01.02.2012

M0 (nağd pullar)

5 266,8

7 158,2

6 810,8

M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər)

6 542,3

8 824,8

8 361,9

M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər)

7 763,8

10 997,2

10 550,6

M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər)

10 107,3

13 903,2

13 474,6



Pul bazarında nağdlaşma səviyyəsinə gəldikdə, cari ilin fevralın 1-nə nağd pulun manat pul kütləsində xüsusi çəkisi 64,6% təşkil edib, bu isə ötən ilin müvafiq dövrünün göstəricisindən 3,2 faiz bəndi azdır.

Pul kütləsinin ilin əvvəlindən azalması hər il baş verir və bunun əsas səbəbi ödənişlərin həyata keçirilməsi və bununla da pulların sərbəst dövriyyədən çıxarılması ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR