Bank Of Baku

Azərbaycanda mobil gömrük yaradılıb

Azərbaycanda mobil gömrük yaradılıb
# 23 mart 2012 07:45 (UTC +04:00)
Bakı. Əli Əhmədov –APA-Economics. Azərbaycanda mobil gömrük bölmələri yaradılıb. Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, mobil gömrük bölmələri Azərbaycan Respublikasının gömrük ərazisində (avtomobil yollarında, gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrinin, habelə gömrük nəzarəti üçün zəruri sənədlərin olduğu yerlərdə, eləcə də icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi yerlərdə və s.) törədilən qaçaqmalçılıq, gömrük işi sahəsində digər cinayətlər və hüquqpozma hallarının aşkar və xəbərdar edilməsi, habelə qarşısının alınması, habelə gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin keçirilməsi qaydalarına riayət olunmasını təmin etmək məqsədilə yaradılıb. Yeni bölmələr ən müasir nəqliyyat vasitələri, eləcə də kompüter və digər avadanlıqlarla təchiz olunub.

DGK ölkə vətəndaşlarını gömrük sahəsində pozuntular barədə mobil gömrük bölmələrinə məlumat verməyə çağırıb. Bununla əlaqədar olaraq Komitənin “192” saylı “qaynar xətt”ində mobil gömrük bölmələri ilə birbaşa əlaqə yaratmaq üçün artıq xüsusi rabitə xidməti yaradılıb.

«Hər bir vətəndaş “192” saylı “qaynar xətt”i yığaraq “7” nömrəsini daxil etməklə və ya Dövlət Gömrük Komitəsinin internet səhifəsi (www.dgk.gov.az) vasitəsilə Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin Mobil gömrük şöbəsi ilə birbaşa əlaqə yarada bilər», - deyə məlumatda bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR