Bank Of Baku

«ABB-Moskva» iqtisadi forumda iştirak edib

«ABB-Moskva» iqtisadi forumda iştirak edib
# 27 mart 2012 08:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının Rusiyada törəmə bankı olan «ABB-Moskva» Moskva şəhərində keçirilən «MDB və Avrasiya inteqrasiyasının yeni formatları» adlı iqtisadi forumda iştirak edib. ABB-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, «ABB-Moskva» həmçinin tədbirin rəsmi sponsoru rolunda çıxış edib.

Forumda MDB ölkələrindən 700-ə yaxın nümayəndə, MDB-nin İqtisadi Şurasının üzvləri, dövlət qurumlarının rəhbərləri və iş adamları iştirak ediblər.

«MDB çərçivəsində inteqrasiya proseslərinin bank təminatı» adlı məruzə ilə forumda çıxış edən «ABB-Moskva» bankı İdarə Heyətinin sədri Fuad Abdullayev inteqrasiya proseslərində dövlət və özəl bankların vacib və müstəsna rolu barədə danışıb. Forumda həmçinin «ABB-Moskva»nın İdarə Heyəti sədrinin müşaviri Azər Səfərov «İnvestisiya və infrastruktur» mövzusunda çıxış edib.

Forumda «ABB-Moskva»nın rəhbəri Fuad Abdullayev MDB ölkələrinin iqtisadi inteqrasiyasının inkişafına töhfəyə görə fərdi diplomla təltif edilib və «MDB-nin biznes lideri» medalına layıq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR