Bank Of Baku

«Fitch Ratings» Azərbaycanın 4 kommersiya bankının reytinqini təsdiq edib

«Fitch Ratings» Azərbaycanın 4 kommersiya bankının reytinqini təsdiq edib
# 28 mart 2012 07:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycanın «Unibank» və «Dəmirbank» kommersiya banklarının reytinqlərini «B-» səviyyəsindən «B» səviyyəsinə qədər yüksəldib. Agentlikdən «APA-Economics»ə verilən məlumata görə, bundan başqa, agentlik «Texnikabank» və «AGBank»ın reytinqlərini «B-» səviyyəsində təsdiqləyib. Bütün bankların reytinqləri üzrə proqnoz «sabit»dir.

«Unibank» və «Dəmirbank»ın reytinqlərinin yüksəldilməsi onların dayanıqlığı və böhrandan sonra zərərin absorbasiya qabiliyyəti ilə bağlı «Fitch» ekspertlərinin fikrini əks etdirir. Həmçinin, agentlik hesab edir ki, bu banklar digər banklarla müqayisədə daha yüksək keyfiyyətli korporativ idarəetmə sisteminə malikdir, bu da fəaliyyətdə risklərin azalmasına səbəb olur. Əlavə olaraq hər iki bankda səhm zərflərinə sahib olan beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq bankların inkişafına müsbət təsir göstərir.

«Texnikabank» və «AGBank»ın reytinqlərinin əvvəlki səviyyədə təsdiq edilməsi isə əsasən onların kreditləşmə göstəricilərinin hələ də zəif olması və problemli kreditlərin həcminin yüksək olması ilə bağlıdır. Eyni zamanda, agentlik hər iki bankda aktivlərin keyfiyyətinin və depozitlərin həcminin artmasını müsbət tendensiya kimi qeyd edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR