Bank Of Baku

BVF Ermənistanın iqtisadi artım proqnozunu azaldıb

BVF Ermənistanın iqtisadi artım proqnozunu azaldıb
# 28 mart 2012 07:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) Ermənistanın 2012-ci il üçün iqtisadi artım tempini 3,8% səviyyəsində proqnozlaşdırır ki, bu da dekabr ayında açıqlanan proqnozdan 0,2 faiz bəndi azdır. «APA-Economics»in məlumatına görə, bunu BVF-nin missiyasının rəhbəri Mark Xorton bəyan edib.

M.Xortonun sözlərinə görə, proqnozun azaldılması xarici vəziyyətin pisləşməsi, o cümlədən Avropa ölkələrində iqtisadi artımının azalması ilə bağlıdır.

Bununla yanaşı qeyd edilir ki, Ermənistan hökumətinin proqnozlarına görə, bu il ölkədə iqtisadi artım 4,2% səviyyəsində gözlənilir. BVF bu il Ermənistanda inflyasiyanın 4% olacağını proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR