Bank Of Baku

ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbəri: “Mən indi daha rahat yatıram”

ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbəri: “Mən indi daha rahat yatıram”
# 28 mart 2012 09:26 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ iqtisadiyyatı ötən illə müqayisədə bu ilin əvvəlində daha güclü və stabil olub. “APA-Economics”in xəbərinə görə, bu barədə ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) rəhbəri Ben Bernanke ABC telekanalına müsahibəsində bildirib.

“Bəli, mən indi daha rahat yatıram. Amma istənilən halda düşünürəm ki, özündənrazı olmamaq vacibdir. Bizi uzun bir yol gözləyir və bütün mümkün olanları etməkdə davam edəcəyik” - deyə B.Bernanke vurğulayıb.

O, FES-in ilkin vəzifələri sırasında yeni iş yerlərinin açılmasının və mənzil bazarının bərpasının zəruriliyini qeyd edib: “Çünki növbəti illərdə ABŞ-da işsizlərin sayı orta göstəricini üstələyə bilər”.

B.Bernanke yanacağın bahalaşmasının sadə amerikalıların həyatına mənfi təsir etdiyini və iqtisadi artım üçün müəyyən risk olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR