Bank Of Baku

Azərbaycanın tədiyyə balansının müsbət saldosu 18% artıb

Azərbaycanın tədiyyə balansının müsbət saldosu 18% artıb
# 28 mart 2012 10:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2011-ci il üzrə tədiyyə balansının ümumi saldosu müsbət 12 356,2 mln. ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin analoji göstəricisindən 18,1% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru üzrə müsbət saldoya, qeyri-neft sektoru üzrə isə mənfi saldoya malik olub. Neft-qaz sektoru üzrə ümumi daxilolmalar neftin və təbii qazın ixracı və bu sektora cəlb edilən xarici kapitalın hesabına formalaşır. Bu sektor üzrə ödənişlər isə mənfəətin və investisiyaların repatriasiyasını, avadanlıqların və xidmətlərin idxalını əks etdirir. Ümumi nəticədə 2011-ci ildə neft-qaz sektoru üzrə yaranmış ümumi müsbət saldo 25,7 mlrd. dollar olub. Ötən ildə cari əməliyyatlar hesabında 17,2 mlrd. dollar məbləğində profisit yaranıb. Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 8,4 mlrd. dollar məbləğində olan kəsirini tam örtüb.

Tədiyyə balansının əsas göstəriciləri

(mln. ABŞ dolları)

 

2010-cu il

2011-ci il

I.Cari əməliyyatlar
hesabının saldosu                                 15 039,6                                                 17 146,1
Xarici ticarət balansı                                 19 730,4                                                 24 328,4
Xidmətlər balansı                                     - 1 732,9                                                - 2 995,8
Gəlirlər balansı                                        - 3 467,0                                                - 4 589,8
- İnvestisiya gəlirlərinin repatriasiyası         - 3 591,8                                                - 5 148,8
Cari transfertlər balansı                                 509,1                                                     673,3

II.Kapitalın və maliyyənin
hərəkəti hesabının saldosu                 - 4 578,1                                                 - 4 789,9
Birbaşa investisiyalar                                    329,1                                                     912,6
- Azərbaycana cəlb olunmuş                       3 347,3                                                  4 443,9
- Xaricə yönəldilmiş                                    - 235,7                                                   - 554,0
- İnvestisiyaların repatriasiyası                  - 2 782,5                                                 - 2 977,3
Kreditlər və digər investisiyalar                 - 4 909,5                                                 - 5 722,5
Neft bonusu                                                       2,0                                                          20,0

III.Tədiyə balansının
ümumi saldosu                                    10 461,2                                                12 356,2



Hesabat dövrü ərzində xarici ticarət dövriyyəsi 44,7 mlrd. dollar təşkil edib və, göründüyü kimi, xarici ticarət balansı 24,3 mlrd. dollar məbləğində müsbət saldo ilə nəticələnib. Bu müddət ərzində Azərbaycanın 153 dövlətlə ticarət əlaqələri olub. Xarici ticarətin 12,5%-i MDB ölkələri, 87%-i isə digər xarici dövlətlərin payına düşüb.

Tədiyйə balansına əsasən, hesabat dövründə əmtəə ixracı 34,5 mlrd. dollar təşkil edib. İxrac olunmuş malların strukturunda neft-qaz məhsullarının payı 95,3% olub. Xarici dövlətlərə 31,6 mlrd. dollarlıq neft məhsulları ixrac olunuб, ixrac olunmuş neft məhsullarının 1,8 mlrd. dolları neft emalı məhsulları, 29,8 mlrd. dolları isə xam neftin ixracının payına düşür. İxrac olunmuş xam neftin 28,2 mlrd. dolları Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən hasil olunmuş neftin ümumi dəyəridir. İxrac olunmuş ümumi xam neftin 1,6 mlrd. dolları isə digər müəssisələr tərəfindən xaricə göndərilib ki, bunun da 114,4 mln. dolları «Şahdəniz» yatağından hasil edilmiş kondensatın, 1 500,4 mln. dolları isə ARDNŞ-in payına düşür.

Qeyd edək ki, 2011-ci ildə ölkənin qeyri-neft ixracı 18,7% artaraq 1 623,9 mln. dollar təşkil edib.

(mln. ABŞ dolları)

İxracın strukturu

 

2010-cu il

2011-ci il

Yanacaq-xammal məhsulları

25 398,6

33 435,6

- neft-qaz məhsulları

25 398,5

32 871,0

-digər xammal

291,1

564,6

Maşın və avadanlıq

336,1

177,7

İstehlak malları

725,6

841,1

Digər mallar

15,7

40,5

İxracın cəmi

26 476,0

34 494,9



Hesabat dövründə Azərbaycanın əmtəə idxalının ümumi dəyəri 10,2 mlrd. dollar təşkil edib. İstehlak mallarının idxalının ümumi dəyəri 3 884,1 mln. dollar olub ki, bunun da 1 267,7 mln. dolları ərzaq məhsullarının payına düşür:

(mln. ABŞ dolları)

İdxalın strukturu

 

2010-cu il

2011-ci il

İstehlak malları

2 954,3

3 884,1

- ərzaq məhsulları

1 050,4

1 267,7

- qeyri-ərzaq məhsulları

1 903,9

2 616,4

İnvestisiya yönümlü mallar

689,0

877,5

Digər mallar

3 102,3

5 274,0

İdxalın cəmi

6 745,6

10 166,5



Mərkəzi Bankın hesablamalarına görə, idxalın strukturunda xüsusi çəkisi 9,9% təşkil edən xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların payına düşür və bunun 87%-ni beynəlxalq neft-qaz kontraktları çərçivəsində istifadə olunmuş investisiyalar hesabına idxal edilən mallar təşkil edib. Bundan başqa, ölkəyə ümumi məbləği 5 274,0 mln. dollar olan istehsal təyinatlı maşın-avadanlıqlar, kimya, qara və əlvan metal məhsulları gətirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR