Bank Of Baku

Martın 31-də sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər üçün imtahan keçiriləcək

Martın 31-də sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər üçün imtahan keçiriləcək
# 28 mart 2012 11:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Martın 31-də Azərbaycan Maliyyə Nazirliyi tərəfindən sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər üçün növbəti test imtahanı keçiriləcək.
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən (DSNX) «APA-Economics»ə verilən məlumata görə, sənədləri DSNX-yə tam olaraq təqdim olunmuş şəxslər mart ayının 29-dək Dövlət Sığorta Nəzarəti Xidmətinə e-mail vasitəsilə ([email protected]) əlaqə saxlayaraq adı, soyadı və atasının adı tam göstərilməklə imtahanda iştirak edəcəklərini təsdiq etməlidir.
Qeyd edək ki, imtahanlar «Sığorta fəaliyyəti haqqında» qanununun müvafiq maddəsinin tələbinə, həmçinin «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları»na uyğun olaraq keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR