Bank Of Baku

Astanada MDB Maliyyə Nazirləri Şurasının iclası keçiriləcək

Astanada MDB Maliyyə Nazirləri Şurasının iclası keçiriləcək
# 28 mart 2012 11:54 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. Mayın 23-də Astanada MDB-yə üzv ölkələrin Maliyyə Nazirləri Şurasının iclası keçiriləcək.

APA-Economics”in MDB-nin saytına istinadən xəbərinə görə, iclasda birliyə üzv ölkələrin iqtisadiyyatının cari vəziyyəti müzakirə olunacaq.

Qeyd edək ki, MDB Maliyyə Nazirləri Şurası 2008-ci ilin oktyabrında MDB Dövlət Başçıları Şurasının qərarı ilə yaradılıb. Məqsəd inflyasiyanın artımının məhdudlaşdırılması üzrə tədbirlərin görülməsi, makroiqtisadi sabitliyin təmin olunması, bank sektorunda kapitallaşmanın və likvidliyin yetərli səviyyədə saxlanması, sığorta sisteminin effektiv fəaliyyətinin təmin olunması və bank depozitlərinə təminat verilməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR