Bank Of Baku

İtaliyanın baş naziri Avropadakı borc böhranının yaranmasında Fransa və Almaniyanı ittiham edib

İtaliyanın baş naziri Avropadakı borc böhranının yaranmasında Fransa və Almaniyanı ittiham edib
# 28 mart 2012 12:43 (UTC +04:00)
Bakı - APA-Economics. İtaliyanın baş naziri Mario Monti bəyan edib ki, Avropadakı borc böhranının inkişafında qismən Fransa və Almaniya günahkardır.

APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, baş nazir bildirib ki, “Sabitlik və büdcə kəsirinin artımının yuxarı həddi Paktı”nın 3%-lik tələbini məhz Fransa və Almaniya pozub.

“Əgər avrozonanın valideynləri bu qaydanı pozursa, o zaman başqalarının buna riayət edəcəyini gözləmək olmaz” - deyə M.Monti qeyd edib.

Qeyd edək ki, Fransa prezidenti Nikola Sarkozi və Almaniyanın baş naziri Angela Merkel büdcə kəsirinin yuxarı həddini keçən avrozona ölkələrinə qarşı sanksiya tətbiq olunmasını tələb edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR