Bank Of Baku

«Atəşgah Sığorta» avtomobil sığortası ilə bağlı on-line xidmət yaradıb

«Atəşgah Sığorta» avtomobil sığortası ilə bağlı on-line xidmət yaradıb
# 28 mart 2012 13:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan «Atəşgah Sığorta» sığorta şirkəti avtomobil sığortası ilə bağlı www.avtosigorta.az adlı layihə reallaşdırıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bundan sonra hər bir internet istifadəçisi bu sayta daxil olmaqla icbari avtomobil və KASKO sığortası ilə bağlı polislərin dəyərini hesablaya bilər.

«Bu layihənin üstünlüyü ondadır ki, istənilən avtomobil sahibi evdən və ya ofisdən çıxmadan öz avtomobilini sığortalaya bilər. Sığorta kalkulyatoru vasitəsilə icbari və avto KASKO polislərinin dəyərini hesablamaqla on-line rejimdə onları sifariş edə bilər», - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, sığorta polisi «Atəşgah Sığorta» şirkətinin sığorta məsləhətçisi tərəfindən paytaxt ərazisində ödənişsiz olaraq sifarişçinin istədiyi yer və zamanda çatdırılır.

Xatırladaq ki, «Atəşgah Sığorta» şirkəti 1996-cı ilin sonunda təsis edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR