Bank Of Baku

«Muğan Bank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayıb

«Muğan Bank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayıb
# 29 mart 2012 07:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən Bakı Fond Birjasında (BFB) «Muğan Bank» ASC-nin dövlət qeydiyyatına alınmış adi sənədsiz adlı səhmlərinin yeni emissiyasının yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin ümumi sayı 30 279 ədəd, bir səhmin nominal dəyəri 200 manat, emissiyanın ümumi həcmi isə 6 055 800 manat təşkil edir. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Texnika Kapital Menecment» MMC çıxış edir. Emissiyanın yerləşdirilməsi başa çatandan sonra, bankın nizamnamə kapitalı 27,2% artaraq 28 305 800 manata çatacaq.

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «Muğan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın nizamnamə kapitalı 19 mln. manat olub.

Bankın hazırda 27 filialı, 30 bankomatı və 69 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR