Bank Of Baku

“Bank of Baku” 10 000-ci “Bolkart”ı istifadəyə verib

“Bank of Baku” 10 000-ci “Bolkart”ı istifadəyə verib
# 29 mart 2012 08:15 (UTC +04:00)
Bakı - APA-Economics. “Bank of Baku”nun tanınmış məhsulu olan “Bolkart”ın 10 000-ci sahibinin adı bəlli olub.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, son aylar ölkə boyunca istifadəçiləri sürətlə artan “Bolkart”ın 10 000-ci kartı “Bank of Baku”nun Baş İdarəsində yerləşən Müştəri Xidmətləri Departamentində Bakı şəhər sakini Arifə Əsgərovaya təqdim edilib.
Bakı Humanitar Kollecində müəllimə işləyən Arifə Əsgərova “Bolkart”ı yaxınlarının tövsiyəsi sayəsində sifariş etmək qərarına gəldiyini etiraf edir: “Ailə üzvlərim “Bolkart”ın alış-veriş zamanı kifayət qədər faydalı olduğunu və gündəlik ehtiyacları qarşılamaq üçün ən münasib kart olduğunu mənə dedilər. İndi düşünürük ki, ev üçün məişət avadanlıqları, qarşıdan yay gəldiyi üçün ilk növbədə kondisioner alaq. Malın dəyərini isə növbəti aylar ərzində bölüşdürüb ödəyərik”.
Xatırladaq ki, “Bolkart”ı “Bank of Baku” ilə tərəfdaş olan 200-ə yaxın tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası, mebel mağazalarında və digər ticarət obyektlərində istifadə etmək olar. Kart pulsuzdur. Kartla alınan mal və ya xidmətlərin dəyərini bölüb, aylar ərzində ödəmək mümkündür. Ödənilən vəsait kart hesabında yenidən bərpa olunur və kartın müddəti ərzində dəfələrlə istifadə oluna bilər. Bu günə kimi “Bolkart” ilə 32 000 əməliyyat həyata keçirilib və bu rəqəm dinamik şəkildə artır.
Ötən ilin oktyabr ayında dövriyyəyə buraxılan “Bolkart” öz sahiblərinə yalnız gündəlik ehtiyaclarını qarşılamaq üçün deyil, habelə uduşlu lotereyada iştirak etmək hüququ da verir. Belə ki, azı 50 manat məbləğində alış-veriş etmiş “Bolkart” sahibləri gələn həftə uduşu keçiriləcək lotereyaya qatılmaq hüququ əldə edir. Uduş fondu hər tirajda 1 iştirakçıya 1000 manat, 5 iştirakçıya 500 manat, 15 iştirakçıya isə 100 manat pul məbləği olmaq şərti ilə oynanılacaq. Uduş fondunun oynanılmasının ilk tirajı 2 aprel 2012-ci ildə baş tutacaq və “Space” TV ilə canlı yayımlanacaq.
“Bolkart” barədə daha ətraflı məlumat almaq üçün “Bank of Baku”nun 145 nömrəli Məlumat Mərkəzinə zəng etmək mümkündür. Habelə onlayn rejimdə www.bolkart.az və ya sosial şəbəkə səhifəsi - www.facebook.com/Bolkart vasitəsilə hər hansı məlumat əldə edilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR