Bank Of Baku

Azərbaycanda qiymətli kağız blanklarının hazırlanması və satışına dair tələblər təsdiqlənib

Azərbaycanda qiymətli kağız blanklarının hazırlanması və satışına dair tələblər təsdiqlənib
# 29 mart 2012 08:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin qərarı ilə «Bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə fəaliyyətin həyata keçirilməsinə dair Tələblər» təsdiq edilib. Komitədən «APA-Economics»ə verilən məlumata görə, bu qanunvericilik aktı qiymətli kağız blanklarının hazırlanması üzrə fəaliyyətin qabaqcıl beynəlxalq standartlara və təcrübəyə uyğun təşkil edilməsinə dair texniki təhlükəsizlik və təşkilati tələbləri müəyyən edir.

Tələblərdə bütün növ qiymətli kağız blanklarının, habelə lotereya biletlərinin hazırlanmasında tətbiq edilən texnoloji, texniki və təhlükəsizliyə, bu sahədə fəaliyyət göstərən mətbəələrin uçot və daxili nəzarət sistemlərinə, həmçinin istehsal obyektlərinin təhlükəsizliyinə dair hüquqi normalar öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR