Bank Of Baku

Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasına ABŞ dövlət katibinin müavini rəhbərlik edəcək

Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasına ABŞ dövlət katibinin müavini rəhbərlik edəcək
# 29 mart 2012 08:51 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. ABŞ dövlət katibinin iqtisadi inkişaf, energetika və ətraf mühit məsələləri üzrə müavini Robert Hormats iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasına rəhbərlik edəcək.

APA-Economics”in ABŞ Dövlət Departamentinin saytına istinadən xəbərinə görə, bu barədə R.Hormats bildirib.

Onun sözlərinə görə, komissiyanın ilk iclası yaxın vaxtlarda Vaşinqtonda keçiriləcək: “Biz Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaq səylərini dəstəkləyirik”.

ABŞ dövlət katibinin müavini qeyd edib ki, Azərbaycan iqtisadiyyatı 2004-cü ildən bəri 3 dəfə artıb: “Dünya bankının statistikasına əsasən, ölkədə yoxsulluq 2003-cü ildəki 49%-dən 2009-cu ildə 9%-dək azalıb. Azərbaycan 2011-ci ildə ABŞ-dan 328 mln. dollar həcmində mal idxal edib ki, bu da 2010-cu ildəki göstəricidən 30% çoxdur”.

Qeyd edək ki, Hökumətlərarası Komissiyaya Azərbaycan tərəfdən maliyyə naziri Samir Şərifov başçılıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR