Bank Of Baku

«ABB-Moskva»nın Sankt-Peterburq filialı son bir ildə aktivlərini 43% artırıb

«ABB-Moskva»nın Sankt-Peterburq filialı son bir ildə aktivlərini 43% artırıb
# 29 mart 2012 09:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə bankı olan «ABB-Moskva»nın Sankt-Peterburq filialının aktivləri 2011-ci il ərzində 43,3% artaraq 2012-ci ilin əvvəlinə 2 674,4 mln. rubla (72,2 mln. manat) çatıb.

Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilinin sonuna filialın kredit portfeli 2 099,9 mln. rubl (56,7 mln. manat) təşkil edib ki, bu da ötən ilin əvvəlinə nisbətən 31,9% çoxdur.

Filialın depozit portfeli 2011-ci ildə 43,3% artaraq 580,5 mln. rubl (15,674 mln. manat) təşkil edib. Ötən il 271 yeni müştəri-hüquqi şəxs filiala cəlb olunub. Filialın hüquqi şəxs olan müştərilərinin sayı hazırda 800-ə bərabərdir. Ötən il ərzində filial vasitəsi ilə 21,2 mln. dollar həcmində 21 600 pulköçürmə əməliyyatı aparılıb, 1,1 min plastik kart buraxılıb və onların sayı 6,4 minə çatdırılıb.

Qeyd edək ki, «ABB-Moskva»nın Sankt-Peterburq filialı 2003-cü ildə açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR