Bank Of Baku

Azərbaycan indiyədək İslam İnkişaf Bankına 37 mln. dollar əsas borc qaytarıb

Azərbaycan indiyədək İslam İnkişaf Bankına 37 mln. dollar əsas borc qaytarıb
# 29 mart 2012 11:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İslam İnkişaf Bankı (IDB) Azərbaycanla əməkdaşlıq etdiyi dövrdən 2012-ci il yanvarın 1-dək 15 layihə üzrə ümumi məbləği 726,9 mln. ABŞ dolları ekvivalentində olan 17 kredit sazişi imzalayıb. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2011-ci ildə fəaliyyəti haqqında dərc olunmuş hesabatda deyilir.

Hesabatda qeyd olunub ki, artıq 10 layihənin icrası başa çatıb, 5 layihənin icrası isə davam etdirilir.

«IDB tərəfindən ayrılan ümumi kreditlərdən 2012-ci il yanvarın 1-dək istifadə edilmiş vəsaitlərin məbləğinin cəmi 501 mln. dollar ekvivalentində olub. Bu isə Bank tərəfindən ayrılan kreditlərin ümumi məbləğinin 68,9%-ni təşkil edir. Ötən il ərzində 240,6 mln. dollar məbləğində kredit istifadə edilib», - deyə hesabatda bildirilir.

İstifadə edilmiş kreditlər üzrə 2012-ci il yanvarın 1-dək IDB-yə qaytarılmış əsas borcun ümumi məbləği 37,1 mln. dollar təşkil edib.

Qeyd edək ki, hazırda Bankın Azərbaycan üzrə ümumi kredit portfeli 1,2 mlrd. dollara çatıb.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən IDB-nin üzvüdür. Bankın Azərbaycanda həyata keçirdiyi iri layihələr sırasına bərk tullantıların utilizasiyası zavodunun tikintisi, «Cənub» elektrik stansiyasının inşası, Azərbaycanın 6 rayonunda su təchizatının yaxşılaşdırılması, kənd təsərrüfatı sahəsinin inkişafı və s. daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR