Bank Of Baku

«Paşa Bank» investisiya portfelini 34% artırıb

«Paşa Bank» investisiya portfelini 34% artırıb
# 29 mart 2012 12:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC-nin investisiya portfelinin həcmi 2012-ci il yanvarın 1-nə 260,975 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin yekun göstəricisi ilə müqayisədə 34% çoxdur. «APA-Economics»in məlumatına görə, bunu bankın İdarə Heyətinin üzvü Şahin Məmmədov bildirib.

Ş.Məmmədovun sözlərinə görə, bankın investisiya portfelinin strukturunda 209,307 mln. manat qiymətli kağızlar, 26,932 mln. manat gerisatılma razılaşmaları əsasında alınmış qiymətli kağızlar, 24,736 mln. manat isə ticarət xarakterli qiymətli kağızların payına düşüb.

Ş.Məmmədov bildirib ki, bankın 2012-2014-cü illəri əhatə edən yeni strategiyasında da sözügedən sahələrə investisiya qoyuluşlarının davam etdirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» ASC 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın 6 bankomatı və 56 POS-terminalı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR