Bank Of Baku

«Qarant Sığorta Agentliyi»nin yeni filialı açılıb

«Qarant Sığorta Agentliyi»nin yeni filialı açılıb
# 29 mart 2012 13:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Qarant Sığorta Agentliyi» şirkəti beşinci filialını təqdim edib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, yeni filial Bakı Beynəlxalq Avtovağzalında yerləşir.

Qeyd edək ki, şirkətin mart ayının ortalarında başladığı «Bahar Kampaniyası» hələ də davam edir və müştərilər kampaniyaya qoşularaq artıq yeni açılmış filialda da bütün növ avtomobillərin icbari sığortasına 10% endirim əldə edə bilərlər.

Xatırladaq ki, «Qarant Sığorta Agentliyi» 2009-cu ildə fəaliyyətə başlayıb və ölkənin ən iri holdinqlərindən biri olan «ZQAN Holding»ə daxildir. Şirkət hazırda baş ofisi və 5 filialı vasitəsilə müştərilərə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR