Bank Of Baku

«Parabank» yeni hədiyyə kampaniyası keçirir

«Parabank» yeni hədiyyə kampaniyası keçirir
# 30 mart 2012 07:21 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycanın «Parabank» ASC yeni kampaniyaya başlayaraq, bir plastik kart alan müştəriyə ikincisini hədiyyə edir.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Infinite» plastik kart alana «Platinum» kartı, «Platinum» kart alana «Gold» kartı, «Gold» kartı alana «Classik» kartı, «Classik» kartı alana isə «Electron» kartı hədiyyə olunacaq.

Bundan başqa, «Infinite» kart sahibləri 1 ay ərzində 5000 ABŞ dolları (manat və ya avro), «Platinum» kart sahibləri 1 ay ərzində 3000 ABŞ dolları (manat və ya avro), «Gold» kart sahibləri 1 ay ərzində 1000 ABŞ dolları (manat və ya avro) ilə təcili pulköçürmə əməliyyatı apardıqları halda komissiya ödənişindən azad olunurlar.

«Parabank»ın plastik kartlarını 30% endirimlə əldə etmək, əlavə məlumatı isə «139 - Banka Zəng» xidmətindən əldə etmək olar. Həmçinin, bu telefon xidməti vasitəsilə plastik kartları sifariş etmək mümkündür.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın ölkə üzrə 15 filialı, 18 bankomatı, 247 POS-terminalı və 418 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR