Bank Of Baku

«AXA MBASK» ilin əvvəlindən icbari avtomobil sığortası üzrə 100 min manat sığorta ödənişi edib

«AXA MBASK» ilin əvvəlindən icbari avtomobil sığortası üzrə 100 min manat sığorta ödənişi edib
# 06 iyul 2012 06:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. “AXA MBASK” sığorta şirkəti “Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” iri ödənişini həyata keçirib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, sözügedən sığorta növünə aid ödəmə bu ilin iyun ayının 16-da Qusar şəhərində baş vermiş yol qəzası ilə bağlı olub. Belə ki, «AXA MBASK» tərəfindən 5000 manat məbləğində sığorta ödənişi zədələnmiş «Volkswagen Passat» markalı avtomobilin sahibinə təqdim olunub.

Qeyd edək ki, ilin əvvəlindən nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı şirkət artıq 100 min manata yaxın sığorta ödənişi edib.

İcbari sığorta növləri şirkətin 5 regional ofisində və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 70-dən artıq agentlikdə həyata keçirilir. Sığorta vəsiqələri isə İcbari Sığorta Bürosunun vahid məlumat sisteminə qoşulmaq şərti ilə on-line rejimində buraxılır.

Xatırladaq ki, 2010-cu ilin oktyabr ayında «MBASK» sığorta şirkətinin nəzarət səhm paketi (51%) «AXA Group»un (Fransa) törəmə şirkəti olan «AXA Sequros generales S.A, De Sequros Y Reasequros» (İspaniya) şirkətinə satılıb. Şirkətin səhmlərinin 49%-i isə bir fiziki şəxsə məxsusdur.

«AXA MBASK» sığorta şirkəti 1992-ci ildən «MBASK» sığorta şirkəti adı ilə fəaliyyətə başlayıb. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalı 6,731 mln. manat təşkil edir. Şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR