Bank Of Baku

Azərbaycan 2014-cü ilədək «Green Card» sisteminə qoşulacaq

Azərbaycan 2014-cü ilədək «Green Card» sisteminə qoşulacaq
# 06 iyul 2012 11:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan yaxın iki il ərzində «Green Card» sisteminə qoşulacaq. «APA-Economics»in məlumatına görə, bunu İcbari Sığorta Bürosunun icraçı direktoru Elxan Quliyev bildirib.

Onun sözlərinə görə, beynəlxalq sistemə qoşulmaq istiqamətində danışıqlar davam etdirilir: “Azərbaycanın bu sistemə qoşulmaq təşəbbüsü «Green Card» tərəfindən müsbət qarşılanıb. Onların verdiyi vədə görə yaxın iki il ərzində - 2014-cü ilədək Azərbaycan «Green Card» sisteminə qoşulacaq. Danışıqların davamı olaraq yaxın günlərdə sistemin icraçı direktoru ilə yenidən görüş keçiriləcək”.

Qeyd edək ki, «Green Card» sistemi 1953-cü ilin yanvarın 1-dən tətbiq olunub. «Green Card» sistemi «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası» şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir. Bu sistemə əsasən «Green Card» haqqında sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır.

Hazırda bu sistemə Avropa, Asiya və Afrikadan 46 ölkə, həmçinin Rusiya, Türkiyə və İran daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR