Bank Of Baku

«Parabank» müştərilərə «LOMBARD+» krediti təklif edir

«Parabank» müştərilərə  «LOMBARD+» krediti təklif edir
# 06 iyul 2012 11:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Parabank» ASC müştərilərə «LOMBARD+» kreditindən faydalanmağı təklif edir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, müştərilər banka qiymətli əşyalarını girov qoyaraq «LOMBARD+» kreditindən istifadə edə bilərlər. İş yerindən arayış təqdim etməklə girovun 200% həcmində kredit əldə etmək olar.

Lombard krediti 6 aydan 24 ayadək, minimum kredit məbləği 500 manat, dollar və avro ilə verilir. Müştərilər 2000 manatadək illik 21%, 2000 manatdan yuxarı isə «LOMBARD+» kreditini 20%-lə əldə edə bilərlər.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın ölkə üzrə 15 filialı, 18 bankomatı, 238 POS-terminalı və 402 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR