Bank Of Baku

Yaxın günlərdə «Qala Həyat» sığorta şirkətinin İdarə Heyətinə ilk sədr təyin ediləcək

Yaxın günlərdə «Qala Həyat» sığorta şirkətinin İdarə Heyətinə ilk sədr təyin ediləcək
# 07 iyul 2012 07:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Yaxın günlərdə Azərbaycanın «Qala Həyat» sığorta şirkətinin İdarə Heyətinə sədr təyin ediləcək. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Anar Cəlilov bildirib.

A. Cəlilovun sözlərinə görə, şirkətin yarandığı tarixdən indiyədək İdarə Heyətinin sədri olmayıb. Təyinat olmadığından bu vəzifə yalnız müvəqqəti olaraq icra edilib. Bu günlərdə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən növbəti test imtahanı keçiriləcək. Həmin imtahanda «Qala Həyat» sığorta şirkətinin İdarə Heyətinə sədri vəzifəsinə Əsgər Ələkbərovun namizədliyi irəli sürülüb.

Qeyd edək ki, hazırda şirkətin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti olaraq A. Cəlilov icra edir. A. Cəlilov əvvəllər «Qarant Sığorta» şirkətinin satış üzrə müşaviri vəzifəsində çalışıb.

«Qala Sığorta» şirkəti 2008-ci ildən fəaliyyət göstərir. 2010-cu ilin noyabr ayının 30-da şirkətin adı «Qala Həyat» sığorta şirkətinə dəyişib. Şirkətin təsisçiləri rolunda «AzRe» təkrarsığorta şirkəti (88%) və 1 fiziki şəxs (12%) çıxış edir. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 5,005 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR