Bank Of Baku

Azərbaycanda avtomobillərin icbari sığortası üzrə bu ilin I yarısında 35,3 mln. manat sığorta haqqı yığılıb

Azərbaycanda avtomobillərin icbari sığortası üzrə bu ilin I yarısında 35,3 mln. manat sığorta haqqı yığılıb
# 09 iyul 2012 13:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Cari ilin iyun ayı ərzində «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə bağlanmış icbari sığorta müqavilələri üzrə daxilolmaların həcmi 6,1 mln. manata çatıb.

İcbari Sığorta Bürosundan (İSB) «APA-Economics»ə verilən məlumata görə, iyun ayında sözügedən sığorta növü üzrə 76,5 min sığorta müqaviləsi bağlanılıb ki, bunun da 19,8 mini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı olan və 1 (bir) ay müddətinə bağlanan icbari sığorta müqavilələri təşkil edib.

Ümumilikdə İSB-nin müvafiq sığorta növü üzrə icazəsi olan iştirakçıları tərəfindən 2011-ci ilin dekabr ayından 2012-ci ilin iyulun 1-dək «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə» 465,4 min sığorta müqaviləsi bağlanıb. Həmin sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının həcmi 35,3 mln. manata yaxın olub.

Xatırladaq ki, büro 2011-ci ilin sonundan fəaliyyət göstərir. Sığorta şirkətləri «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə xidmətlərə görə büroya 200 min manat, «Sərnişinlərin icbari sığortası» növünə 200 min manat, «Daşınmaz əmlakın icbari sığortası» və «Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası» növləri üzrə isə hər birinə 100 min manat birdəfəlik vəsait (təminat depoziti) ödəməlidir.

Qeyd edək ki, hazırda Büroya 11 sığorta şirkəti («AXA MBASK», «AtaSığorta», «Atəşgah Sığorta», «Azərsığorta», «AzSığorta», «Xalq Sığorta», «Pasha Insurance», «Standard Insurance» və «Meqa Sığorta», «İpək Yolu Sığorta» və «Azərbaycan Sənaye Sığorta» şirkəti) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR