Bank Of Baku

Azərbaycan Hesablama Palatası daha bir neçə dövlət qurumunda audit aparıb

Azərbaycan Hesablama Palatası daha bir neçə dövlət qurumunda audit aparıb
# 10 iyul 2012 09:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Hesablama Palatasının son kollegiya iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, «Azəryolservis» ASC və «Azərsu» ASC-də aparılan maliyyə yoxlamalarının nəticələri müzakirə olunub.

Palatadan «APA-Economics»ə verilən məlumata görə, iclasda dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üzrə Şəki rayonunda Vərəzəd və Zəyzid kəndlərini birləşdirən yolda körpünün yenidən qurulmasına, Azərbaycan Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC tərəfindən Zaqatala və Qax Yol İstismar İdarələrinə yolların saxlanılması üçün ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri üzrə hesabat və rəy müzakirə olunaraq təsdiq edilib, auditin nəticələri barədə Milli Məclisə məlumatın verilməsi barədə qərar qəbul edilib.

Kollegiya iclasında həmçinin dövlət əsaslı vəsait qoyuluşundan 2011-ci il və 2012-ci ilin birinci yarısında «Azərsu» ASC-yə ayrılan vəsaitlərin istifadəsinə və «Azərelektrikşəbəkətikinti» ASC tərəfindən dövlət vergilərinin vergi qanunvericiliyinə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsinə dair audit proqramları, habelə Dünya Bankından kredit vəsaiti cəlb edilməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən «Sosial müdafiənin inkişafı» layihəsinin cari icra vəziyyətinə dair analitik təhlil proqramı təsdiq edilib.

Kollegiya iclasında Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirləri üzrə kollegiya qərarlarının icra vəziyyəti də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR