Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin 6 ayının yekunlarına həsr olunan iclası keçirilib
“APA-Economics”in AzTV-yə istinadən verdiyi məlumata görə, son 6 ayda ölkə iqtisadiyyatının inkişaf etdiyini və qarşıda duran vəzifələrin uğurla icra olunduğunu deyən prezident İlham Əliyev bu ilin 6 ayında ÜDM 1,5, qeyri-neft sektorunun 11,3 faiz artdığını bildirib. “Bu, dünya iqtisadiyyatında ən yüksək göstəricidir” deyən dövlət başçısı bundan sonrakı illərdə də əsas diqqətin bu sahənin inkişafına yönəldiləcəyini vurğulayıb.
Bildirib ki, son 6 ayda sənaye istehsalının ümumi həcmi neft hasilatının aşağı düşməsi nəticəsində 3 faiz azalsa da, qeyri-neft sənayesinin inkişafı 8,3 faiz olub. Makroiqtisadi vəziyyət sabitdir, inflyasiya cəmi 2,2 faiz olub, əhalinin pul gəlirləri isə 14,2 faiz artıb. Kənd təsərrüfatında 10,4 faiz artım qeydə alınıb.
Prezident İlham Əliyev bu il şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırıldığını, operativ tədbirlər nəticəsində evlərini itirən insanlar üçün dövlət hesabına yeni mənzillərin tikildiyini deyib: “Bundan əlavə, Bakı və ətraf qəsəbələrdə dövlət proqramına uyğun olaraq böyük həcmli işlər gedir, infrastruktur layihələri icra olunur, sosial layihələr həyata keçirilir. Regional inkişaf proqramının icrası nəticəsində 6 ayda bölgələrdə 46 min yeni iş yeri yaradılıb ki, onlardan da 37 mini daimidir”.
Prezident əmək bazarında ilk növbədə Azərbaycan vətəndaşlarının işlə təmin olunmasının vacibliyinə diqqət çəkərək miqrantların ölkədə fəaliyyətinin tənzimlənməsi və bu sahədə qayda-qanunun yaradılması istiqamətində tədbirlərin görülməsinin vacibliyini bildirib. “Sosial məsələlərin həlli daim diqqət mərkəzindədir” deyən dövlət başçısı sovet dövründən qalan əmanətlərin qaytarılması və ünvanlı sosial yardımın verilməsi prosesinin davam etdiyini diqqətə çatdırıb.
Qeyd edib ki, bu, hökumətin yürütdüyü siyasətin sosial xarakterini gücləndirməyə xidmət edir. “Bizim siyasi, iqtisadi gücümüz diqtə edir ki, Azərbaycan əhalisi daha da artsın” deyən dövlət başçısı bildirib ki, ölkədə əhalinin sayı artıq 9,3 milyon nəfərə çatıb.
Prezident ölkənin beynəlxalq mövqelərinin gücləndiyini, tərəfdaşların sayının artdığını, xarici siyasətlə bağlı fəaliyyətin genişləndiyini də diqqətə çatdırıb. “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz ədalətə və beynəlxalq prinsiplərə əsaslanır” deyən prezident danışıqlar prosesində müəyyən durğunluğun olduğunu deyərək “status-kvo”nun dəyişdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Sonra maliyyə naziri Samir Şərifov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər.
İclasa prezident İ. Əliyev yekun vurub. Dövlət başçısı ilin sonuna qədər iqtisadiyyatda müsbət meyllərin daha da güclənəcəyinə əminliyini ifadə edib, inflyasiyanın səviyyəsinin və manatın məzənnəsinin qorunub saxlanması, iqtisadi islahatların daha da sürətləndirilməsi, biznes iqliminin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib. Bildirib ki, dövlət orqanlarının biznes strukturlarına əsassız müdaxilələrinə tamamilə son qoyulmalı, elektron sistemə keçid sürətlə aparılmalı, ölkədə yeni sənaye parklarının və iri fermer təsərrüfatlarının yaradılması, köhnəlmiş sənaye müəssisələrinin paytaxtın mərkəzindən kənara köçürülməsi istiqamətində mühüm tədbirlər görülməlidir.
Bundan əlavə, bəzi kənd və qəsəbələrdə əhalinin içməli su ilə daha yaxşı təmin olunması, alternativ enerji mənbələrindən istifadənin stimullaşdırılması, Azərbaycanın və tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı tapşırıqlarını verən prezident TANAP layihəsinin əhəmiyyətindən danışıb.
Dövlət başçısı paytaxtda ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, təhsil müəssisələrinin tikintisi və yenidən qurulmasına dair tapşırıqlarını verərkən gələn ilin büdcəsinin sosial və investisiya yönümlü olacağını bildirib. Qeyd edib ki, indi Azərbaycanın strateji valyuta ehtiyatları 44 milyard dollardır və xarici dövlət borcu ÜDM-in 7 faizini təşkil edir.
Prezident bu ilin mayında keçirilən “Evrovizion” beynəlxalq mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil edildiyini və müsabiqə tarixində ən gözəl yarışmasının Bakıda baş tutduğunu bildirib. Dövlət başçısı müsabiqə ərəfəsində erməni lobbisinin və antimilli qüvvələrin iştirakı ilə dünyanın bəzi dairələrinin Azərbaycana qarşı apardığı çirkin kampaniyanın təəssüf doğurduğunu vurğulayıb: “Biz güclüyük və bizim gücümüz xalqın dəstəyidir”.
Maliyyə
Bank əmanətçilərinin depozit gəlirləri beş ayda 600 mln. manatı ötüb
Azərbaycanda bank müştəri hesablarının sayı 18%-dən çox artıb
"Azər Türk Bank"ın şəhid əməkdaşı ordenlə təltif edilib
Maliyyə icarəsi müqavilələrinin maksimum məbləği müəyyənləşəcək
Xəbər Lenti
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb
Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava sahəsinə yaxınlaşıblar
Ukrayna Volqoqradda "İsgəndər" komplekslərinin istehsal olunduğu müəssisəni vurub - VİDEO
DÇ-2026: Belçika və Misir pley-offda, İran gözləyəcək
DÇ-2026: İspaniya və Kabo - Verde 1/16 finalda!
Bakı və Abşeron yarımadasının bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Azərbaycan nefti 74 dollara ticarət olunur
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
İranda polis postuna silahlı hücum olub, iki əməkdaş ölüb
DYP sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Abşeron yarımadasının bəzi ərazilərində leysan, dolu gözlənilir
Səudiyyə Ərəbistanı Fars körfəzində neft yükləməsini bərpa edib
Dövlət Departamenti: Livan sazişi İsrail qüvvələrinin geri çəkilməsini nəzərdə tutur
Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb
Çin 2026-cı ilin ilk rübündə 184,1 milyard dollar cari profisit əldə edib
Netanyahu Livan razılaşmasını İrana zərbə adlandırıb
Vens: ABŞ İranla memorandumla bağlı fikir ayrılıqlarını müzakirə etməyə hazırdır
SEPAH ABŞ-ın Hörmüz boğazındakı hədəfləri vurmasına cavab verəcəyini açıqlayıb
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
Tramp yenidən İranı atəşkəsi pozmaqda ittiham edib
Netanyahu: Livanla danışıqlar uğurla başa çatıb, lakin İsrail ordusu Livanın cənubundan çəkilməyəcək
Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
İsrail və Livan ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə çərçivə sazişi imzalayıb - YENİLƏNİB
Venesuelada zəlzələdə ölənlərin sayı 920-yə çatıb, 3360 nəfər yaralanıb, 50 mindən çox insan itkin düşüb - VİDEO - YENİLƏNİB-5
Azərbaycanın namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin üzvlüyünə seçilib
Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib
Hakan Fidan: Rusiya və Ukraynanı yenidən danışıqlar masası ətrafında toplamağa hazırıq
Oman Avropaya Hörmüz boğazından keçmək üçün mümkün rüsumlarla bağlı xəbərdar edib
Səfərbərlik Xidmətinin rəisi: Hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət gündəlikdə deyil - MÜSAHİBƏ
Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb
Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
Nazir: Hörmüz boğazında qalan Türkiyə gəmiləri bölgədən ayrılıb
Kadir İnanır vəfat edib
Putin Lukaşenko ilə görüşüb
Putin orduda müqavilə əsasında xidmət edən əcnəbilərin deportasiyasını qadağan edib
İsrail ordusu: Livanın cənubunda 7 "Hizbullah" üzvü öldürülüb
Türkiyədə fişəng fabrikində partlayış baş verib, ölən və xəsarət alan var
Fransada anomal istilərdə ölənlərin sayı 55-ə çatıb