Bank Of Baku

Azərbaycan Maliyyə Nazirliyi 2013-cü ilin dövlət büdcə layihəsinin tərtibinə başlayıb

Azərbaycan Maliyyə Nazirliyi 2013-cü ilin dövlət büdcə layihəsinin tərtibinə başlayıb
# 12 iyul 2012 07:52 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi 2013-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihələrinin tərtibi prosesinə başlayıb. «APA-Economics»in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.

S.Şərifovun sözlərinə görə, büdcə layihələri hazırlanarkən müəyyən olunmuş iqtisadi strategiya və prioritet vəzifələrə, ölkədə yaranmış makroiqtisadi mühitə və dünyadakı mövcud iqtisadi duruma uyğun olaraq qeyri-neft sektorundan və digər real mənbələrdən dövlət büdcəsinə əlavə daxilolmaların təmin edilməsinə, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına və maddi rifahının yüksəldilməsinə, regionların, qeyri-neft sektorunun, xüsusən də kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə, biznes şəraitinin yaxşılaşdırılmasına, dövlətin müdafiə potensialının və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə, sənaye və emal təmayüllü infrastrukturların genişləndirilməsinə, bütün dövlət proqramları üzrə maliyyə təminatının yaradılmasına diqqət yetirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR