Bank Of Baku

Azərbaycanda SSRİ-dən qalan bank əmanətlərinin qaytarılması məqsədilə indiyədək 86 mln. manat kompensasiya ödənilib

Azərbaycanda SSRİ-dən qalan bank əmanətlərinin qaytarılması məqsədilə indiyədək 86 mln. manat kompensasiya ödənilib
# 12 iyul 2012 08:10 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin ehtiyat fondundan əvvəlcədən büdcədə nəzərdə tutulmayan bir sıra dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsinə 400,0 mln. manat, o cümlədən prezidentin «Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında» fərmanın icrası olaraq 300,0 mln. manat vəsait ayrılıb. «APA-Economics»in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.

S.Şərifovun sözlərinə görə, fərmanın icrası çərçivəsində iyunun 1-dən fərdi birdəfəlik ödəmələrin verilməsinə başlanılıb və iyulun 10-dək keçmiş SSRİ Əmanət Bankının hüquqi varisi olan «Kapital Bank» ASC-yə daxil olmuş 315 min əmanətçinin müraciətlərinin 192 mini üzrə müsbət qərar qəbul edilib, onun 156 mini üzrə isə 86,0 mln. manat məbləğində vəsait əmanətçilərə ödənilib.

Nazir əlavə edib ki, fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yarana biləcək mübahisəli məsələlərə baxılması, müvafiq qərarların qəbul edilməsi və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi məqsədi ilə xüsusi idarələrarası komissiya yaradılıb, əmanətçiləri ən çox maraqlandıran məsələlər müəyyənləşdirilərək bu istiqamətdə geniş məlumatlandırma və təbliğat işləri aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR