Bank Of Baku

Azərbaycan Auditorlar Palatası Rusiyada keçirilən beynəlxalq forumda iştirak edib

Azərbaycan Auditorlar Palatası Rusiyada keçirilən beynəlxalq forumda iştirak edib
# 12 iyul 2012 09:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Auditorlar Palatasının nümayəndələri Samara şəhərində (Rusiya) keçirilən «Samara təşəbbüsü: klaster siyasəti – milli iqtisadiyyatın innovasiya inkişafının təməlidir» VI Regionlararası İqtisadi Forumda iştirak ediblər.

Palatadan «APA-Economics»ə verilən məlumata görə, forumda Rusiyanın federasiya subyektlərindən, habelə Almaniya, Rumıniya və Qazaxıstandan nümayəndə heyətləri iştirak ediblər.

Forumun plenar iclasında və bölmə iclaslarında klaster siyasəti və əlaqəli mövzulara dair çoxsaylı məruzələr, çıxışlar dinlənilib, diskussiyalar təşkil olunub. İlk bölmə iclasında Azərbaycan Auditorlar Palatasının elmi-metodik məsələlər üzrə sədrin müşaviri Nəcəf Talıbov tərəfindən «Azərbaycan auditinin müasir vəziyyəti və inkişaf perspektivləri» mövzusunda təqdimat keçirilib. Forum iştirakçılarının müraciətlərinə əsasən, «Azərbaycanda auditin predmetləri: mühasibat hesabatlılığı və vergi uçotu» mövzusunda əlavə məruzə söylənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR