Bank Of Baku

«United Credit Bank» son bir ildə müddətli depozitləri 63% artırıb

«United Credit Bank» son bir ildə müddətli depozitləri 63% artırıb
# 12 iyul 2012 12:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» ASC-nin aktivlərinin həcmi 2012-ci il iyul ayının 1-nə 55,173 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 20% çoxdur.

Bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə bankın kredit portfeli 44% artaraq 49,569 mln. manata, o cümlədən istehlak kreditləri 12% artaraq 16,607 mln. manata, depozit portfeli 55% genişlənərək 26,848 mln. manata, o cümlədən müddətli depozitlər 63% artaraq 24,112 mln. manata, tələb olunanadək depozitlər 6,3% artaraq 2,736 mln. manata, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 58% artaraq 18,925 mln. manata çatıb.

Təhlil aparılan dövr ərzində bankın məcmu kapitalı 13% azalaraq 12,507 mln. manat, o cümlədən nizamnamə kapitalı isə 16% artaraq 14,108 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın ümumi gəlirləri 10,4% artaraq 3,331 mln. manat, o cümlədən faiz gəlirləri 7,4% artaraq 3,010 mln. manat, qeyri-faiz gəlirləri isə 49% artaraq 0,321 mln. manat olub. Həmçinin, bankın ümumi xərcləri 69% artaraq 4,198 mln. manata, o cümlədən faiz xərcləri 25% artaraq 1,702 mln. manat, qeyri-faiz xərcləri isə 2,2 dəfə artaraq 2,496 mln. manata çatıb. Nəticədə, bank bu ilin birinci yarısını 0,867 mln. manat zərərlə başa vurub. Ötən ilin yanvar-iyun aylarını isə bank 0,545 mln. manat mənfəətlə başa vurub.

Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» ASC 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Cari il iyulun 1-nə bankın 6 filialı, 5 bankomatı, 225 POS-terminalı və 128 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR