Bank Of Baku

«Bank Standard»ın «Kartla ödə, Apple qazan!» aksiyasının IV mərhələsinə start verilib

«Bank Standard»ın «Kartla ödə, Apple qazan!» aksiyasının IV mərhələsinə start verilib
# 13 iyul 2012 10:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin iyul ayının 1-dən sentyabr ayının 30-a kimi «Bank Standard»ın kart sahibləri POS-terminal, bankomat (ATM), habelə «Mobile Banking» xidməti vasitəsilə və ya internetdə ödəniş aparmaqla lotereya şansı qazana bilərlər.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ödənilmiş məbləğin hər 10 şərti vahidi (manat, dollar, funt sterlinq, avro) müqabilində kart sahibi bir lotereya şansı əldə edir. Lotereya şansları kart vasitəsilə ödənişlərlə yanaşı, «Bank Standard»ın kart məhsullarını əldə etmək müqabilində də verilir. Bu il oktyabrın 17-də keçiriləcək aksiyanın IV mərhələsinin lotereya tirajında 10 ədəd «MacBook Air» noutbuku oynanılacaq.

Xatırladaq ki, 2011-ci ilin oktyabrın 16-dan bu ilin sentyabr ayının 30-dək 4 mərhələdən ibarət olmaqla keçirilən “Kartla ödə, “Apple” qazan!” aksiyası “Bank Standard” tərəfindən buraxılmış bütün kartların sahiblərini əhatə edir.

«AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» 1995-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR