Bank Of Baku

Azərbaycanda daha bir bank taksit kartlarının emissiyasına başlayıb

Azərbaycanda daha bir bank taksit kartlarının emissiyasına başlayıb
# 13 iyul 2012 13:53 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. «Unibank» ASC faizsiz kredit xətti ilə xüsusi bonuslar qazanmaq imkanı verən «Albalı» kartlarının emissiyasına başlayıb. İllik faiz dərəcəsi 0% və komissiyaları 0% olan bu taksit kartları müştərilərə tam pulsuz olaraq təqdim olunur.

«Unibank»dan «APA-Economics»ə verilən məlumata görə, yeni kartlar üzrə açılan kredit xətlərinin məbləği 3000 manat, müddəti isə 48 ayadək olacaq. «Albalı» kartları yalnız Bankın tərəfdaşları olan mağazalar və xidmət məntəqələrində qəbul olunur və nağdsız əməliyyatlar üçün nəzərdə tutulub. Bura paytaxtda fəaliyyət göstərən bir sıra məşhur mobil telefon, kompüter, geyim mağazaları, restoranlar, turizm agentlikləri, eləcə də digər xidmət obyektləri aiddir.

Şərtlərə görə, bu mağazalar və xidmət məntəqələrində «Albalı» kartları vasitəsilə kreditlə alınan malların ödənilməsi hissə-hissə (12 ayadək) aparılır və hər növbəti ayın 1-dən 10-dək həyata keçirilir. Ən əsası isə «Albalı» kartı ilə POS-terminallarda aparılan hər bir əməliyyatdan müəyyən bir faiz müştərilərə bonus kimi qaytarılır.

«Albalı» kartları üzrə təqdim olunan kreditlərin məbləği 250 manatdan başlayır. Bu kartların cəlb olunması üçün zamin tələb olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR