Bank Of Baku

Azərbaycandakı sığorta şirkətlərinin illik mənfəəti 24% artıb

Azərbaycandakı sığorta şirkətlərinin illik mənfəəti 24% artıb
# 13 iyul 2012 14:19 (UTC +04:00)
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində sığorta şirkətlərinin məcmu gəlirləri 20,3% artaraq 273,290 mln. manat, o cümlədən əsas əməliyyat gəlirləri 31% artaraq 266,730 mln. manat, investisiya gəlirləri 18% artaraq 23,460 mln. manat, subroqasiya gəlirləri (sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsi) 58% artaraq 1,220 mln. manat təşkil edib.

Dövlət Xidmətinin məlumatında bildirilir ki, hesabatın xərclər hissəsində şirkətlər üzrə cəmi xərclər 226,840 mln. manat təşkil edib ki, bu da 2010-cu illə müqayisədə 20% çoxdur. Xərclərin strukturunda əməliyyat xərcləri 18% artaraq 159,820 mln. manat, işlərin aparılması xərcləri 24% artaraq 63,290 mln. manat, digər xərclərin həcmi isə 42% artaraq 3,73 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR