Bank Of Baku

«Turanbank»ın aktivləri I yarımillikdə 28% artıb

«Turanbank»ın aktivləri I yarımillikdə 28% artıb
# 13 iyul 2012 10:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin aktivlərinin həcmi 2012-ci il iyulun 1-nə 192,2 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 28,2% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 26,8% artaraq 146,3 mln. manat, əhalinin müddətli əmanətləri isə 8,4% artaraq 51,9 mln. manat təşkil edib.

Bundan başqa, bankın məcmu kapitalı 6,9% artaraq 26,5 mln. manata, o cümlədən nizamnamə kapitalı 8,2% artaraq 23,8 mln. manata çatıb.

Bu ilin yanvar-iyun aylarının nəticələrinə görə, bankın gəlirləri 10,8 mln. manat, xərcləri isə 8,9 mln. manat olub. Nəticədə, bankın balans mənfəəti 1,9 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 11 filialı, 16 bankomatı, 74 POS-terminalı və 239 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR