Bank Of Baku

«Visa» və «MasterCard» 6 mlrd. dollar kompensasiya ödəyəcək

«Visa» və «MasterCard» 6 mlrd. dollar kompensasiya ödəyəcək
# 14 iyul 2012 11:59 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Elektron ödəmə kartları üzrə dünyanın ən böyük operatorları olan «Visa» və «MasterCard» təşkilatları nəhəng məbləğdə cərimələnib. Adı çəkilən şirkətlər məhkəmə çəkişməsinin baş tutmaması üçün bəzi pərakəndə satış şəbəkələrinə ümumilikdə 6 mlrd. dollar ödəməyə razılaşıb. Adı çəkilən şirkətlər öz kartlarından istifadəyə görə xidmət haqqı ilə bağlı gizli sövdələşmədə günahlandırılır.

«APA-Economics»in məlumatına görə, bununla bağlı məhkəmə çəkişməsi hələ 2005-ci ildə başlanıb. Həmin vaxt ABŞ-ın «Kroger Co», «Safeway Inc.» və «Walgreen Co» adlı iri riteyl şəbəkələri «Visa», «MasterCard» və plastik kart buraxan digər şirkətləri məhkəməyə verib. İddialara səbəb plastik kart sahibi olan müştərilərin mağazada kartdan istifadə etməsinə görə mağazalardan komissiya haqqının tutulması olub. Satış şəbəkələri plastik kart şirkətlərini öz aralarında razılığa gələrək bu yığımların səviyyəsini qəsdən artırmaqda günahlandırır. Məsələnin məhkəmə qaydasında həll edilməməsi üçün indi adı çəkilən şirkətlər 6 mlrd. dollar kompensasiya ödəməyə razılaşıb. Bundan başqa, razılaşmanın şərtlərinə görə, plastik kart operatorları kartdan istifadəyə görə tutulan xidmət haqqını 8 aylıq müddətdə azaltmağa da razılaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR