Bank Of Baku

«Kapital Bank» nizamnamə kapitalını artırır

«Kapital Bank» nizamnamə kapitalını artırır
# 16 iyul 2012 07:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gündən etibarən Bakı Fond Birjasında (BFB) «Kapital Bank» ASC-nin adi adlı sənədli səhmlərinin yerləşdirilməsinə başlanılıb.

BFB-dən «APA-Economics»ə verilən məlumata görə, qiymətli kağızın miqdarı 1 mln. ədəd, bir səhmin nominal dəyəri 10 manat, emissiyanın ümumi həcmi isə 10 mln. manat təşkil edir. Səhmlərin yerləşdirilməsi prosesi başa çatdıqdan sonra bankın nizamnamə kapitalının həcmi 25% artıraraq 50 mln. manata çatacaq.

Qeyd edək ki, səhmlərin yerləşdirilməsində anderrayter kimi «Çelsi Kapital» MMC çıxış edir.

«Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Bankın ölkə üzrə 89 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR