Bank Of Baku

“Azər-Türk Bank” əlverişli şərtlərlə turizm kreditləri təklif edir

“Azər-Türk Bank” əlverişli şərtlərlə turizm kreditləri təklif edir
# 16 iyul 2012 09:09 (UTC +04:00)
Bakı – APA-Economics. “Azər-Türk Bank” ASC yay mövsümü ilə əlaqədar ən əlverişli şərtlərlə turizm kreditləri təklif edir.

APA-Economics”in xəbərinə görə, bazarda ən aşağı faiz dərəcəsi – 18% ilə təklif olunan kreditin həcmi 5000 manata, müddəti isə 12 aya qədərdir.

Bank turizm paketinin 70%-ə qədər hissəsini maliyyələşdirə bilər. Bu məhsuldan əcnəbi vətəndaşlar da istifadə edə bilər.

Kredit üçün tələb olunan sənədlərin sadələşdirilməsi onu potensial müştərilər üçün daha cəlbedici edir. Əlavə məlumat üçün 012 464 42 12-19 saylı telefonlarla “Azər-Türk Bank”ın baş ofisinə, 012 497 43 16-19 saylı telefonlarla “Mərkəz” filialına, eləcə də www.azerturkbank.biz saytına müraciət etmək olar.

Qeyd edək ki, “Azər-Türk Bank” ASC 1995-ci ildə “Aqrarkredit” QSC və türkiyənin “Ziraat Bankası A.Ş.” tərəfindən yaradılıb. Azərbaycanla Türkiyə arasındakı iqtisadi əlaqələrdə mühüm rol oynayan bankın paytaxt Bakıda və bölgələrdə filialları fəaliyyət göstərir. “Azər-Türk Bank” turizm kreditlərindən başqa əlverişli şərtlərlə istehlak kreditləri, avtokreditlər, lombard kreditləri və kredit kartları kimi xidmətlər təqdim edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR