Bank Of Baku

Sabah «Bank Standard»ın «Kartla ödə, «Apple» qazan!» aksiyasının qalibləri bəlli olacaq

Sabah «Bank Standard»ın «Kartla ödə, «Apple» qazan!» aksiyasının qalibləri bəlli olacaq
# 16 iyul 2012 10:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin iyul ayının 17-də “Bank Standard”ın “Kartla ödə, “Apple” qazan!” aksiyasının III mərhələsinin qalibləri müəyyən olunacaq.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, qaliblərin hər birinə «iPhone 4S» mobil telefonları təqdim olunacaq. Hər iştirakçı topladığı lotereya lotlarının ümumi sayını kartının nömrəsi ilə bank saytı www.bankstandard.com vasitəsilə öyrənə bilər.

Xatırladaq ki, ötən ilin 16 oktyabr və 2012-ci ilin 30 sentyabr tarixləri arasında 4 mərhələdən ibarət olmaqla keçirilən «Kartla ödə, «Apple» qazan!» aksiyası «Bank Standard» tərəfindən buraxılmış bütün kartların sahiblərini əhatə edir. Aksiyanın növbəti IV mərhələsində 10 ədəd «MacBook Air» noutbuku oynanacaq.

Aksiya müddəti ərzində bankın müştəriləri öz kartlarından istifadə edib POS-terminal, bankomat, «Mobile Banking» xidməti vasitəsilə, habelə internetdə ödənilmiş məbləğlərin hər 10 şərti vahidi (manat, dollar, funt sterlinq, avro) müqabilində bir lotereya şansı əldə edirlər.

Qeyd edək ki, ayrı-ayrı mərhələlərdə qazanılan lotereya şanslarına uduş düşmədiyi halda, onlar növbəti mərhələlərdə qüvvədə qalacaq. Nəhayət, lotereya şansları kart vasitəsilə ödənişlərlə yanaşı, «Bank Standard»ın kart məhsullarını əldə etmək müqabilində də verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR