Bank Of Baku

Azərbaycan Auditorlar Palatası üzvlük haqqı ödəməyən auditor təşkilatları və sərbəst auditorların adlarını açıqlayıb

Azərbaycan Auditorlar Palatası üzvlük haqqı ödəməyən auditor təşkilatları və sərbəst auditorların adlarını açıqlayıb
# 17 iyul 2012 08:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Auditorlar Palatası 2012-ci il üçün hesablanmış üzvlük haqqından bugünkü tarixədək heç bir ödəniş etməyən auditor təşkilatlarının və sərbəst auditorların adlarını açıqlayıb.

Palatadan «APA-Economics»ə verilən məlumata görə, üzvlük haqqını ödəməyən audit təşkilatları sırasına Bakı şəhər auditor təşkilatı, «Nexia EA» MMC, «Eskort audit-konsaltinq» MMC, «Forum MM» auditor müəssisəsi, «İnter Audit», «Mak Azərbaycan LTD» MMC, «Viza-Audit» MMC, «RM-Audit» MMC, «Central Audit» MMC, «Azəri-SV» MMC, «Best Audit» MMC, «Kaspi Audit» MMC, «V.İ.P. Audit» MMC, «Qrant Thornton auditor» MMC, «BDO Azərbaycan» MMC, «More Stephens Azərbaycan Limited» şirkəti və Şəmkir rayon auditor təşkilatı daxildir.

Palata həmçinin auditor təşkilatları ilə yanaşı, üzvlük haqqı üzrə ödənişdən yayınan sərbəst auditorların da adlarını açıqlayıb. Belə ki, bu siyahıya sərbəst auditorlar Telman İsayev, Elçin Əliyev, Alqış Nuriyev, Novruz Pənahov, Vasif Tağıyev, Cəmilə Nağıyeva, Eminağa Fətullayev və Rüfət Quliyev daxildir.

Qeyd edək ki, Palataya üzvlük haqqı yerli auditor təşkilatları üçün illik 5 693 manat, xarici auditor təşkilatları üçün 22 770 manat və sərbəst auditorlar üçün 2 783 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR