Bank Of Baku

«Bank SilkWay»in mənfəəti 29% azalıb

«Bank SilkWay»in mənfəəti 29% azalıb
# 17 iyul 2012 11:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank SilkWay» ASC 2012-ci ilin yanvar-iyun aylarını 2,034 mln. manat mənfəətlə başa vurub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 29% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 33% artaraq 6,186 mln. manat, o cümlədən faiz gəlirləri 35% artaraq 3,367 mln. manat, qeyri-faiz gəlirləri 31% artaraq 2,819 mln. manat olub. Həmçinin bankın ümumi xərcləri 31% artaraq 3,519 mln. manat, o cümlədən faiz xərcləri 2,5 dəfə artaraq 1,342 mln. manat, qeyri-faiz xərcləri isə 1% artaraq 2,177 mln. manata çatıb.

Xatırladaq ki, «Bank SilkWay» ASC 1993-cü ildə «Azal Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 6 filialı, 20 bankomatı və 114 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR