Bank Of Baku

«AtaBank»ın kredit portfeli 13% artıb

«AtaBank»ın kredit portfeli 13% artıb
# 18 iyul 2012 08:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-AEconomics. Azərbaycanın «AtaBank» ASC-nin aktivlərinin həcmi 2012-ci ilin iyul ayının 1-nə 235.4 mln. manat olub ki, bu ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,9% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, aktivlərin əsas hissəsini təşkil edən kredit portfeli kredit portfeli 12,5% və ya 18,4 mln. manat artaraq 165,1 mln. manat təşkil edib.

Hesabat dövründə bankın müddətli depozit portfeli 1,9% və ya 3,1 mln. manat artaraq 166,2 mln. manat, fiziki şəxslərin müddətli əmanətlərinin 6,3% və ya 6,4 mln. manat artaraq 108 mln. manat olub. Həmçinin bankın məcmu kapitalı 32,6 mln. manat, o cümlədən nizamnamə kapitalı 25 mln. manata çatıb.

İyun ayının sonuna bankın aktivlərinin (ROA) və kapitalının (ROE) gəlirliliyi müvafiq olaraq 1,16% və 10,73% təşkil edib.

Qeyd edək ki, iyun ayının sonuna bankın balans mənfəəti 2,7 mln. manat olub.

Hesabat dövründə bank tərəfindən quraşdırılmış POS terminalların sayı 8 959 ədədi keçib və bu proses hazırda da davam edir. Fəaliyyətdə olan bankomatların sayı isə 68 ədəd təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR