Bank Of Baku

Hesablama Palatasında CAPSAP layihəsi üzrə görüş keçirilib

Hesablama Palatasında CAPSAP layihəsi üzrə görüş keçirilib
# 18 iyul 2012 09:20 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Hesablama Palatasının sədri Heydər Əsədov Dünya Bankı və İsveçrə İqtisadi Əməkdaşlıq Təşkilatının (SECO) nümayəndələrini qəbul edib.

Palatadan “APA-Economics”ə verilən məlumata görə, görüş İsveçrə Konfederasiyası hökumətinin qrantı hesabına maliyyələşdirilən və Dünya Bankının idarəçiliyi ilə həyata keçirilən Korporativ və Dövlət Sektorunda Hesabatlılıq Layihəsi - CAPSAP çərçivəsində Hesablama Palatasının 2012-2014-cü illər üçün Strateji İnkişaf Planının yerinə yetirilməsinə texniki yardım məqsədilə məsləhətçi xidmətlərinin göstərilməsi üzrə Palataya təqdim edilmiş Texniki Təkliflərin dəyərləndirilməsi proseduralarına həsr edilib.

Palatanın sədri H.Əsədov Texniki Təkliflər qiymətləndirilərkən CAPSAP layihəsi çərçivəsində nəzərdə tutulan bütün əsas komponentlər üzrə real və effektiv işlər görülməsi üzrə hər bir məsləhətçi şirkətin potensialına və təcrübəsinə xüsusi diqqət yetirildiyini qeyd edib. Sədr Ali Audit Qurumlarının Beynəlxalq Standartları - ISSAI-lar əsasında palatada yeni audit növləri - səmərəlilik auditinin, risk əsaslı və kompüter əsaslı maliyyə auditlərinin tətbiq edilməsi, habelə dövlət hesabları üzərində davamlı nəzarəti təmin edən sistemin yaradılması ilə qurumun potensialının keyfiyyətcə daha yüksək səviyyəyə qaldırılması kimi strateji məqsədə nail olunması baxımından Texniki Təkliflərin əsas məqamları haqqında fikirlərini DB və SECO-nun nümayəndələri ilə bölüşüb.

DB və SECO-nun təmsilçiləri palata rəhbərliyi tərəfindən Texniki Təkliflərin müfəssəl, hərtərəfli və obyektiv araşdırılmasına və bütövlükdə CAPSAP layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsinə yetirdiyi xüsusi diqqətə görə H.Əsədova təşəkkür edərək, layihə çərçivəsində məsləhətçi xidmətlərinin göstərilməsi üzrə ən optimal formatda müəyyənləşdirilməsi üçün öz tərəflərindən bütün zəruri tədbirləri görəcəklərini ifadə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR