Bank Of Baku

Son bir ildə Azərbaycanda əhalinin gəlirləri 14% artıb

Son bir ildə Azərbaycanda əhalinin gəlirləri 14% artıb
# 18 iyul 2012 13:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin birinci yarısında əhalinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,2% artaraq 15,1 mlrd. manata, hər bir nəfərə düşən gəlirlər isə 12,7% artaraq 1 651,2 manata (orta hesabla ayda 275.2 manata) çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, gəlirlərin 63,2%-i son istehlaka, 9%-i vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 25,7%-i isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib.

Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-may aylarında 8,1% artaraq 382,6 manata çatıb. Sənaye, tikinti, nəqliyyat və digər sahələrdə işləyənlərin əməkhaqqı daha yüksək olub və yanvar-may ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 590,9 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 551,5 manat təşkil edib.

Komitədən bildirilib ki, əhalinin gəlirlərinin artması ticarət şəbəkəsindən daha çox istehlak mallarının alınmasına və xidmətlərdən daha geniş istifadə etməsinə şərait yaradır. Məhz belə şəraitin yaranması nəticəsində ötən ilin birinci yarısına nisbətən pərakəndə əmtəə dövriyyəsi 9,2% artaraq 8,2 mlrd. manata, pullu xidmətlərin həcmi isə 8% artaraq 2,5 mlrd. manata çatıb. Realizə olunmuş əmtəələrin 56,9%-ni ərzaq məhsulları, 43,1%-ni isə qeyri-ərzaq malları təşkil etmiş və onların satışı müvafiq olaraq 0,9% və 23,2% artıb.

Bu ilin birinci yarısında elektron ticarət vasitəsilə alıcılara 613,2 min manatlıq qeyri-ərzaq malları və 34,6 min manatlıq ərzaq məhsulları satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR