Bank Of Baku

«Bank of Baku» «Bolkart» istifadəçiləri üçün nağd pul kampaniyasına başlayır

«Bank of Baku» «Bolkart» istifadəçiləri üçün nağd pul kampaniyasına başlayır
# 18 iyul 2012 15:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC yay mövsümü ilə əlaqədar bu ilin iyul ayının 19-dan «Bolkart» istifadəçiləri üçün nağd pul kampaniyasına başlayır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iyulun 29-dək kartdan pul çıxaran «Bolkart» sahibləri sentyabrın 10-dək faizsiz ödəniş imkanı qazanır. Nağdlaşdırma üzrə komissiya haqqı isə 2,5 %-dir. Beləliklə, indi hər «Bolkart» sahibi yay tətili və digər mövsümü planları üçün nağd pul imkanı əldə edir.

Qeyd edək ki, «Bolkart» ötən ilin sonu «Bank of Baku» tərəfindən dövriyyəyə buraxılıb. Alınan malın dəyərini aylara bölüb hissə-hissə ödəməyə imkan verən «Bolkart»ı qısa müddət ərzində artıq 25 minə yaxın şəxs əldə edib və bu rəqəm mütəmadi şəkildə artır. Bu gün “Bolkart”la ölkənin 300-dən çox dükan və ticarət mərkəzində alış-veriş etmək mümkündür.

«Bolkart» tamamilə pulsuz, bərpaolunan limitli bir kredit kartıdır. «Bolkart»dan «Bank of Baku» ilə tərəfdaş olan tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası, mebel mağazalarında və digər ticarət obyektlərində istifadə etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR