Bank Of Baku

«Bank Standard» vasitəsilə dünyanın 25 birjasında əməliyyat aparmaq mümkün olacaq - FOTO

«Bank Standard» vasitəsilə dünyanın 25 birjasında əməliyyat aparmaq mümkün olacaq - <font color=red>FOTO</font>
# 20 iyul 2012 11:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Bank Standard» Azərbaycanda ilk dəfə olaraq dünyanın 25-dən çox birjasında maliyyə əməliyyatlarında iştirak etmək imkanı yaradan ticarət platformasını istifadəyə verərək, qısa müddət ərzində xeyli sayda müştəri cəlb edə bilib.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, əməliyyatları «online» rejimdə aparmağa imkan verən müasir, yüksək texnologiyalı «Bank Standard Trader/WebTrader/ Mobile Trader» ticarət platformaları Avropanın məşhur sərmayəçi banklarından biri tərəfindən yaradılıb və digərlərindən maliyyə alətlərinin geniş çeşidi və yüksək xidmət səviyyəsi ilə seçilir.

«Bank Standard» müştərilərin sərəncamına dünya maliyyə bazarlarında Foreks (160-dan çox valyuta cütlüyü), Səhmlər (14 mindən çox səhm), CFD (8,4 mindən çox müqavilə növü), Fyuçers (140-dan çox müqavilə növü), Opsionlar kimi kateqoriyalar üzrə ticarət əməliyyatları aparmağa imkan verən qabaqcıl texnologiya və maliyyə alətlərini təqdim edir.

«Bank Standard Trader/WebTrader/Mobile Trader» istifadədə sadə treydinq platformalarıdır. Bu platformalar vahid interfeys çərçivəsində gündə 24 saat ərzində istənilən kompüterdən və ya mobil telefondan ticarət əməliyyatları aparmağa, qiymətlərin dinamikasının monitorinq və təhlilini həyata keçirməyə və analitik icmal əldə etməyə imkan verir. Onlar heç bir yükləmə və ya quraşdırma tələb etmir.

«Bank Standard» həmçinin öz müştərilərini dünya birjalarında ticarət əməliyyatlarını uğurla aparmaq üçün analitik məlumat və texniki dəstəklə təmin edir. Yeni treyderlər üçün maliyyə bazarlarında işi öyrənmək məqsədli pulsuz təlimlər təşkil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR