Bank Of Baku

Azərbaycan əhalisinin banklardakı əmanətləri son bir ildə 31% artıb

Azərbaycan əhalisinin banklardakı əmanətləri son bir ildə 31% artıb
# 21 iyul 2012 10:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il iyun ayının 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətlərinin qalığı 4 341,7 mln. manat təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 30,7% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmanətlərin 2 450,6 mln. manatı və ya 56,4%-i milli, 1 891,1 mln. manatlıq ekvivalenti xarici valyuta şəklində qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 55,3% və 8,5% artıb.

Qeyd edək ki, 2012-ci ilin iyun ayında manatın 1 ABŞ dollarına orta məzənnəsi 0,79 manat, 100 Rusiya rubluna 2,39 manat, 1 avroya 0,99 manat, ilin əvvəlindən isə müvafiq olaraq 0,79 manat, 2,57 manat və 1,02 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR