Bank Of Baku

Azərbaycanda illik inflyasiya 2,2%-ə düşüb

Azərbaycanda illik inflyasiya 2,2%-ə düşüb
# 21 iyul 2012 11:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyun ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 1,3%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,7% ucuzlaşıb, xidmət tarifləri və qeyri-ərzaq mallarının qiymətləri isə əvvəlki ayın səviyyəsində (0,2% və 0,1%) qalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin yanvar-iyun aylarına nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 2,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,6%, qeyri-ərzaq mallarının qiymətləri 1,3%, xidmət tarifləri isə 1,7% bahalaşıb.

Qeyd edək ki, cari ilin yanvar-may aylarında Azərbaycanda inflyasiyanın səviyyəsi 2,5% təşkil edib. Göründüyü kimi, ölkədə inflyasiya yanvar-iyun aylarında 0,3 faiz bəndi zəifləyib.

Xatırladaq ki, Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2012-ci ildə ölkədə inflyasiyanın səviyyəsi 6%, 2013-cü ildə 5%, 2014-cü ildə 5,3%, 2015-ci ildə isə 4,8% təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR